“Müstəqil demokratlar” partiyasının sədri, Ermənistan parlamentinin deputatı Xaşatur Kokobelyan “Ermənistan Respublikasının Avrasiya İqtisadi İttifaqında üzvlüyünün dayandırılması prosedurunun başlanması haqqında” qanun layihəsini deputatların müzakirəsinə təqdim edib.
Virtualaz.org xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb.
Qərar onunla əsaslandırılır ki, Ermənistanın 1 il ərzində bu ittifaqda üzv olması ölkələrin inteqrasiyası onların rifah səviyyəsinin yüksəldilməsi üzrə əvvəlcədən planlaşdırılmış addımların həyata keçirilməsinə gətirib çıxarmayıb. Əksinə, ötən il ərzində Ermənistanın Aİİ-yə üzv ölkələrə ixracatı xeyli azalıb.
Statistik məlumatlara görə, 2015-ci ildə ixracat ümumilikdə 4,7%, Rusiyaya ixracat isə 28.1% azalıb. Qanun layihəsində o da göstərilir ki. Aİİ-yə üzvlük Ermənistanın izolyasiyasına və xarici investisiyaların azalmasına gətirib çıxarıb.