UFC turnirində qeyri-adi döyüş: İdmançı aktyorluq etməkdə ittiham olundu VİDEO

16-06-2025, 17:13           
UFC turnirində qeyri-adi döyüş: İdmançı aktyorluq etməkdə ittiham olundu VİDEO
ABŞ-nin Atlanta şəhərində Mütləq Döyüş Çempionatının (UFC) turnirində qeyri-adi döyüş baş tutub.

Sport24.ru xəbər verir ki, döyüşün iştirakçıları yarıağır çəkinin nümayəndələri Pol Kreyq və Rodolfo Bellato olublar.

Birinci raundun sonunda Kreyq yerə yıxılıb və uzanmış vəziyyətdə olarkən qadağan edilmiş zərbə endirib.

Bundan sonra Bellato döyüşü davam etdirmək iqtidarında olmadığını göstərib.

Bir çox ekspert və UFC döyüşçünün fikrincə, Bellato simulyasiyaya yol verib - Kreyqin zərbəsindən sonra əvvəlcə hakimə şikayətlənib, yalnız bunun ardınca özünü huşsuz vəziyyətdə göstərib.

Nəticədə Kreyq-Bellato döyüşü baş tutmamış sayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru