Yeni Zelandiya komandasının bəzi oyunçuları qeyri-adi səbəbə görə dünya çempionatına gəlməyiblər

16-06-2025, 16:54           
Yeni Zelandiya komandasının bəzi oyunçuları qeyri-adi səbəbə görə dünya çempionatına gəlməyiblər
Yeni Zelandiyanın "Oklend Siti" klubunun baş məşqçisi Pol Poza bəzi futbolçuların işdə onlara məzuniyyət verilmədiyi üçün FIFA klublararası dünya çempionatı üçün ABŞ-yə gəlmədiyini bildirib.

Bu barədə "The Straits Times" nəşri xəbər verir.

"Bütün oyunçuların futboldan kənar işləri var. Onlar məzuniyyət götürməli oldular. Bəziləri həm Asiya Çempionlar Liqasında, həm də klublararası dünya çempionatında iştirak etməyə vaxt tapa bilmədilər" , - deyə o vurğulayıb.

Qeyd edək ki, "Oklend Siti" qrup mərhələsində Almaniyanın "Bavariya", Portuqaliyanın "Benfika" və Argentinanın "Boka Xuniors" klubları bir qrupda yer alıb.

Klub ilk oyunda "Bavariyaya 0:10 hesabı ilə məğlub olub.

Xatırladaq ki, klublararası dünya çempionatı iyunun 14-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru