ŞİD terror qruplaşması aprelin 14-də Suriyanın Rakka şəhərinin ərazisində Rusiya hərbi təyyarəsini vurub.
Publika.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına istinadən “NEWSru Israel” nəşri bildirib.
Lakin Rusiya Müdafiə Nazirliyi informasiyanı təkzib edib. “Hava-kosmik güclərinin aviasiyası aprelin 14-də bu rayonda uçuşlar həyata keçirməyib”, - Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov jurnalistlərə deyib.
Konaşenkov həmçinin vurğulayıb ki, Rusiya aviasiyasının tərkibindəki bütün təyyarələr hazırda Xmeymim təyyarə bazasındadır.