Suriya ordusu "Əl Nüsrə" yaraqlılarından ABŞ və İsrail istehsalı olan silahlar götürüb

8-05-2015, 12:13           
Suriya ordusu "Əl Nüsrə" yaraqlılarından ABŞ və İsrail istehsalı olan silahlar götürüb
Suriya ordusunun əsgərləri ölkənin cənubunda yerləşən Suveyda əyalətinin əl-Xalidiyyə qəsəbəsi ərazisində silahlıların karvanını pusquya salıblar. Məhv edilən silahlılardan ABŞ və İsrail istehsalı olan xeyli sayda silah, o cümlədən zirehli texnikalar əleyhinə TOW raketləri müsadirə edilib.

SalamNews-un SANA agentliyinə istinadla verdiyi xəbərə görə, burada 30 silahlının öldürüldüyü bildirilir.

Suriyada döyüşlər digər bölgələrdə də davam edib. Hökumət ordusu və “Hizbullah”ın birgə hücumu nəticəsində əl-Qəlamun yüksəkliklərindəki Əssal Vərd bölgəsi silahlılardan geri alınıb. Hücumda "əl-Qaidə"nin Suriyadakı qolu olan “ən-Nusra Cəbhəsi”nin onlarla üzvü öldürülüb ki, onlar arasında Terror təşkilatının aparıcı komandirləri var.
[media=https://www.youtube.com/watch?v=mOOe_XM-0bI]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.