Nəşnl İnterest: “Ermənistanın başqa yolu yoxdur”

16-04-2016, 11:20           

ABŞ-ın nüfuzlu Nəşnl İnterest jurnalı Ermənistanın bölgədə təhlükəli siyasət yürütdüyünü yazıb.

Axar.az xəbər verir ki, dərgi ölkə daxilində narazılığın artdığını, xarici siyasətdə isə Rusiyanın vassalına çevrildiyini qeyd edib:

“İrəvan rəsmən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Avrasiya Gömrük İttifaqının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Azərbaycan bunların heç birinə qoşulmayıb. Üstəlik, Rusiyanın Ermənistanda hərbi bazası var. Ancaq Dağlıq Qarabağ münaqişəsində durumun pisləşməsi Rusiyanın postsovet məkanındakı inteqrasiya layihələrində ciddi sistematik problemlərin olduğunu üzə çıxardı. Əsas problem Avrasiya Birliyi ilə KTMT arasında mövqe uzlaşmasının olmamasıdır. Məsələn, KTMT üzvü olan Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Qazaxıstan da belə davranır”.

Müəllif Ermənistanın Avrasiya İqtisadi Birliyinə təhlükəsizlik səbəbindən qoşulduğunu qeyd edir. Ölkənin üzləşdiyi bir sıra problemlər onu Moskvadan asılı duruma salıb. Ancaq son hadisələr bu üzvlüyün əks təsirini ortaya çıxardıb:

“Avrasiya Birliyinə qoşulmayan Azərbaycan Qazaxıstan, Belarus və Qırğızıstan üzərində siyasi təsirə malikdir, onlar da öz növbələrində Rusiyaya təzyiq göstərir. Digər tərəfdən, Rusiyanın Bakıya silah satması İrəvanda birmənalı qarşılanmır. Rusiyalı siyasətçilər və ekspertlər hər iki tərəfə ağır silahların satılmasını onlar arasında güc balansının saxlanması istəyi ilə izah edirlər.

Beləliklə, Qarabağ münaqişəsində son baş verənlər Avrasiya İqtisadi Birliyi daxilində ciddi problemləri üzə çıxardı. Hadisələrin necə inkişaf edəcəyini söyləmək asan deyil. Çətin ki, rəsmi İrəvan Avrasiya Birliyindən çıxmaq qərarını versin. Çünki alternativi yoxdur. Ermənistan hakimiyyətinin bu qurumda Rusiyanın və digər üzvlərin mövqeyinə təsir göstərə biləcəyi də real görünmür. Ancaq bir şeyi əminliklə demək olar ki, xarici prioritetlərdə müəyyən korreksiya baş verəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.