13 iyunda İsrail HHQ bir növ "strayk" vurdu.

Bu gün, 16:18           
13 iyunda İsrail HHQ bir növ "strayk" vurdu.
Boulinqdə bir zərbə ilə bütün kegelləri vuranda, bu zərbəyə "strayk" deyilir. 13 iyunda İsrail HHQ bir növ "strayk" vurdu.
The New York Times xəbər verir ki, İranın ali rəhbərliyi İsrailin hücum ehtimalını istisna etmirdi, lakin heç kim əməliyyatın 15 iyunda planlaşdırılan ABŞ-İran danışıqlarının yeni raundunun başlanmasından əvvəl gözləmirdi.
Məhz bu səbəbdən iyunun 13-nə keçən gecə iranlı hərbçilər sığınacaqlarda deyil, paytaxtdakı evlərində gecələməyə qərar vermişdilər.
The New York Times İranın ali hərbi-siyasi rəhbərliyində olan mənbələrə istinad edərkən əlavə edir ki, əməliyyatın başlandığı ilk saatlarda İranın Hərbi Hava Qüvvələrinin komandanlığı cavab tədbirləri planı hazırlamaq üçün yeraltı qərargaha toplaşıblar. İsrail kəşfiyyatı həmin yeri müəyyən edərək ora zərbə endirib, nəticədə iclasda iştirak edənlərin hamısı həlak olub.
Kamran Cəfərov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.