Diplomatımızı Moskvanın mərkəzində döydülər - Polad Bülbüloğlu danışdı - VİDEO

16-04-2016, 13:48           

12:31

Aprelin 15-dən 16-na keçən gecə Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin Konsul şöbəsinin müdiri, müşavir Emil Məhərrəmov taksi ilə evinə gedərkən sürücü tərəfindən kobud şəkildə döyülüb. Bunu Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyindən deyiblər.

E.Məhərrəmov təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb. Ona burada ilkin tibbi yardım göstərilib.

Bu məişət insidenti ilə əlaqədar olaraq səfirlik baş vermiş hadisənin səbəbi və şəraitini araşdırmaq üzrə təcili tədbirlər görür, xəsarət alan isə ərizə ilə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edib.

Səfirlik təfərrüatları dəqiqləşdirdikdən sonra əlavə məlumat verəcək.

----------

10:27

Həvəskar jurnalist LifeCorr tətbiqi vasitəsilə Konyuşovskiy küçəsində Azərbaycanın səfirliyinin müşavirinin xəsarət aldIğı davanın videosunu göndərib.

Milli.Az lifenews-a istinadən xəbər verir ki, kadrlardan görünür ki, ağ minik avtomobili yolun kənarında dayanır, oradan iki kişi çıxır. Bundan sonra onların arasında dava başlayır. Xəsarət alanın sözlərinə görə, taksi sürücüsü ilə mübahisə hələ onlar yolda olarkən başlayıb, daha sonra isə yolda davaya çevrilib.

Yaxınlıqdan keçən avtomobillərin sürücülərinin dalaşan iki kişiyə diqqət yetirməsinə qədər bir neçə dəqiqə vaxt keçib. Qısa müddətdən sonra isə hadisə yerinə polislər və təcili yardım əməkdaşları gəlib.

----------

10:17

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Day.Az-ın müxbiri ilə söhbətində konsulumuzun Moskvada döyülməsi faktını təsdiq edib.

"Hələlik bizdə heç bir məlumat yoxdur. Hazırda məsələni araşdırırıq. Tezliklə baş vermiş hadisə ilə bağlı rəsmi məlumat yayacağıq," - deyə səfir bildirib.

-----------

09:03

Rusiyanın paytaxt polisi Moskvanın mərkəzində Azərbaycan konsulunun döyülməsi haqqında məlumatı araşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə REN TV-yə şəhərin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Trend xəbər verir ki, hal-hazırda Azərbaycanın Rusiyadakı səfirliyində məlumat araşdırılır.

Milli.Az
Videoya burda baxa bilərsiniz!
teref.az
http://daytube.az/az/videos/24777/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.