Milyarder edamdan xilası üçün əmlakını İrana verdi
16-04-2016, 21:05
İranda barəsində edam qərarı verilən azərbaycanlı milyarder Babək Zəncani cəzasını yüngülləşdirmək üçün Türkiyədəki əmlakını dövlətə təhvil verib.
Axar.az xəbər verir ki, bu barədə Zəncaninin vəkili Rəsul Kuhpayzadə ictimaiyyətə bildirib.
“Zəncani həbsxana rəsmiləri ilə görüşü zamanı xaricdəki əmlakının siyahısını açıqlayıb və onların bir qismini İranın Neft Nazirliyinə təhvil verib. Sözügedən əmlak Türkiyədə yerləşir”, - vəkil bildirib.
Qeyd edək ki, Zəncani 2,8 milyard dollarlıq korrupsiyada günahlandırılıb və onun barəsində İranda edam qərarı verilib.