Belçikada atom elektrik stansiyasının reaktoru avtomatik dayanıb

22-04-2016, 08:56           
Belçikada atom elektrik stansiyasının reaktoru avtomatik dayanıb
Belçikada “Dul” atom elektrik stansiyasının reaktoru avtomatik dayanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda AES-in ekspertləri insidentin səbəblərini müəyyənləşdirirlər. Stansiya rəhbərliyindən enerji blokunun fəaliyyətinin yaxın zamanda bərpa olunacağı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Almaniya Belçikadan fəaliyyəti dayandırılmış iki atom reaktorunun istismarını bərpa etmək planlarından imtina etməyi tələb edib.

Qonşuluqdakı Niderland və Lüksemburq Almaniyanın təşəbbüsünü dəstəkləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru