"Cari ildəki turist sayı ötən illə müqayisədə az olub” — AÇIQLAMA

Bu gün, 11:34           
"Cari ildəki turist sayı ötən illə müqayisədə az olub” — AÇIQLAMA
“Hələlik yay müvsümünün statistikası hazır olmasa da təxmini hesablamlara əsasən demək olar ki, cari ildəki turist sayı ötən illə müqayisədə cüzi olsa da az olub”.

Bunu turizm mütəxəssisi Rahib İsmayılov Demokrat.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, artıq yay mövsümünün son günlərini yaşanır:

“Yanvar-aprel aylarında olan turist sayı ötən ilə müqayisədə 1,3 % artıq olub. Sonrakı aylarda dünyada baş verən bir sıra siyasi və iqtisadi prosseslər turizm sektoruna da təsirsiz ötüşmədi. Bu səbəbdən yay mövsümündə olan nisbətən azalmanı da bununla əlaqələndirirəm. Ölkəmizdə payız turizmi o qədər də prioritet olmasa da turist axınının davam edəcəyini düşünürəm. Nəzərə alsaq ki, payız mövsümündə xarici qonaqların bölgələrə səfərləri çox az olur bu zaman əsas yük paytaxtımızın üzərinə düşür. Çünki payızdan sonra başlayan qış mövsümü qonaqlar üçün daha cəlbedici olur. Payız mövsümündə region otellərinin xarici qonaqlar üçün xüsusi kampaniyalar etməyi, müxtəlif şoular və əyləncə proqramları təşkil etməyinin vacib olduğunu düşünürəm. Sözsüz ki, bu periodda dövlətin də dəstəyi lazımdır. Belə olarsa payız mövsümündə ötən illərə nisbətən artım görə bilərik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru