Rusiya Müdafiə Nazirliyinin Əmlak Məsələsi üzrə keçmiş departament müdiri Yevgeniya Vasilyeva 5 il müddətinə azadlıqdan məhrum olunub.
Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, məhkəmə prosesində vəzifəsini icra etdiyi müddətdə Vasilyevanın Müdafiə Nazirliyinə məxsus əmlakı satan zaman fırıldaqçılıq və mənimsəmələrə yol verməsi təsdiq olunub.
Xatırladaq ki, Yevgeniya Vasilyeva Rusiya baş naziri Dmitri Medvedevin həyat yoldaşı Svetlana Linnikin əmisi qızıdır.