Putin qadın generalı işdən çıxardı

8-05-2015, 23:42           
Putin qadın generalı işdən çıxardı
Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin maliyyə-iqtisadi siyasət və sosial zəmanətlərin təminatı departamentin müdiri Svetlana Perovanı işdən çıxarıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Daxili İşlər Nazirliyinin rəsmi internet saytında xəbər yerləşdirilib.

Perova Rusiya milisinin tarixində birinci general-mayor və həmçinin birinci general-leytenant rütbəsini almış qadındır.

Bundan başqa Boris Yeltsin ona "Rusiya Federasiyasının əməkdar iqtisadçısı" fəxri adı verib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bü gün 20 generalı vəzifəsindən azad edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.