İsrail Qəzzada hərbi əməliyyatı dayandırmağa hazır olduğunu bəyan edir

7-08-2022, 10:41           
İsrail Qəzzada hərbi əməliyyatı dayandırmağa hazır olduğunu bəyan edir
Əgər “İslami Cihad” təşkilatı raket hücumlarını dayandırsalar, İsrail Müdafiə Ordusu Qəzza zolağında onlara qarşı hərbi əməliyyatı dayandırmağa hazır olacaq.

Bu barədə İsrailin maliyyə naziri Aviqdor Libermanın “The Times of Israel” qəzetinə müsahibəsinə istinadən xəbər verir.

Onun sözlərinə görə, İsrail hərbi kampaniyasını yalnız qruplaşmamnın raket hücumlarına son qoyacağı təqdirdə dayandıracaq.
Ətraflı

"Cihad” atəşkəs elan etsə, biz də atəşi kəsəcəyik", - Liberman deyib.

"Əlbəttə, biz müharibə və ya qarşıdurma axtarmırıq, lakin kiminsə təhdidləri altında yaşamağa hazır deyilik. Ümid edirəm ki, bu mesaj aydın eşidildi", - nazir əlavə edib.

Xatırladaq ki, bundan əvvəl bir gündə Qəzza zolağından İsrailə 350-yə yaxın raket atıldığı bildirilib. Yaşayış məntəqələrini təhdid edən raketlərin əksəriyyəti vurulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru