İranda qadınların reklam çarxlarına çəkilişi qadağan olunub

7-08-2022, 10:50           
İranda qadınların reklam çarxlarına çəkilişi qadağan olunub
İran hökuməti mübahisəli dondurma videosundan sonra qadınların reklamlara çəkilməsini qadağan edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, İran rəsmilərinin qəzəbinə qırmızı çadralı qadının “Magnum” dondurmasını dişlədiyini əks etdirən video səbəb olub. Din xadimləri videodan qəzəblənib və dondurma istehsalçısı “Domino”nu məhkəməyə verməyi tələb ediblər. Onlar reklamın ictimai ədəb-ərkan qaydaları ilə ziddiyyət təşkil etdiyini və qadın dəyərlərinə xələl gətirdiyini bildiriblər.

1979-cu ildə baş verən İslam inqilabından sonra İranda qadınların hicab geyinmələri icbari xarakter alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru