Avropada meşə yanğınları - Avtomobil və dəmir yolları bağlandı

8-08-2022, 08:16           
Avropada meşə yanğınları - Avtomobil və dəmir yolları bağlandı
İtaliya və İspaniyada meşə yanğınları davam edir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın şimal-şərqində-Sloveniya sərhədinə yaxın ərazidə yenidən yanğın baş verib.

Yanğın güclü külək səbəbindən sürətlə böyüyərkən bölgədən keçən A4 magistral avtomobil yolunun ikitərəfli bağlanmasına səbəb olub.

Trieste-Venesiya dəmir yolu xəttində də nəqliyyatın hərəkəti dayanıb.

Yanğına nəzarət etmək üçün havadan 2 helikopter və 1 təyyarə müdaxilə edib.

Carso bölgəsində bir neçə həftə əvvəl baş verən yanğını söndürmək də çətin olub.

Yanğın səbəbindən bölgədəki malikanələrin bəzilərinin boşaldıldığı bildirilib.

İspaniyanın “El Pais” qəzetinin xəbərinə görə, ölkənin şimal-qərbindəki Qalisiya bölgəsində 7 ərazidə baş verən yanğınların söndürülməsi üçün işlər davam edir.

Bölgədə, xüsusən də Boiro şəhəri ətrafında 700 düşərgə evakuasiya edilib.

Bildirilib ki, Boiro və ətrafında təxminən 2000 hektar ərazi yanıb, buradakı yanğın hələ də nəzarət altına alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru