Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ

8-08-2022, 09:15           
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
ABŞ Müdafiə Nazirliyi Ukraynada münaqişədə iştirak etmək üçün müqaviləli hərbçiləri işə götürmək üçün yeni taktika tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə “Causeur” jurnalı Fransadakı hərbi mənbəyə istinadla məlumat yayıb.

O, xüsusilə bildirib ki, ABŞ ordusu hərbi əməliyyatların əvvəlindən Ukrayna Silahlı Qüvvələrinin yanında olub.

"Düzdür, bunlar əsl Amerika əsgərləri deyil, öz rolunu yerinə yetirən müqaviləli "köməkçilər"dir. Pentaqon ilk dəfə bu cür taktikadan xüsusi olaraq Ukraynada istifadə etdi: o, pul müqabilində Ukraynada irimiqyaslı hərbi əməliyyatlarda iştirak etməyə hazır olan mütəxəssisləri axtarır, bir növ “autsorsing” həyata keçirir”, - mənbə bildirib.

O, belə köməkçilərin bütün döyüş meydanlarında fəaliyyət göstərməsinə də aydınlıq gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru