ABŞ Ukraynaya yeni hərbi yardım ayırdı - SİYAHI 9-08-2022, 07:47 ABŞ Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.Paketin həcmi 1 milyard dollardır. Bununla da ABŞ-ın Ukraynaya ayırdığı hərbi yardımın həcmi 10 milyard dollara yaxınlaşıb.Yeni paketə aşağıdakı hərbi sistemlər daxildir:- HIMARS raket sistemləri üçün sursatlar- 155 mm çaplı artilleriya qurğuları üçün 75 min mərmi- "Javelin" tank əleyhinə raket sistemləri üçün 1000 ədəd raket- 20 ədəd minaatan qurğusu və 20 min ədəd 120 mm çaplı minaatan mərmisi- NASAMS zenit-raket kompleksləri üçün sursatlar- 50 ədəd tibbi zirehli maşın- Müxtəlif təyinatlı minalar, partlayıcı qurğular- Tibbi avadanlıqlar və s. Facebook-da paylaş