Meqan Markl Şahzadə Harrinin Britaniyaya qayıtmasından qorxur

9-08-2022, 09:44           
Meqan Markl Şahzadə Harrinin Britaniyaya qayıtmasından qorxur
Susseks hersoqinyası Meqan Markl şahzadə Harrinin Böyük Britaniyaya dönəcəyindən ehtiyat edir. O, Balmorala səfəri zamanı Harrinin vətənində qalmaq istəyəcəyindən qorxur.

Bu barədə “The Sun” məlumat verib.

Kraliça II Yelizaveta Şahzadə Harrini və həyat yoldaşı Meqan Marklı Şotlandiyada Balmoral qəsrindəki illik tətilinə dəvət edib. “Bir tərəfdən, bu, onun və Şahzadə Harrinin hələ də ailənin bir hissəsi olduğuna inamı gücləndirir. Ancaq belə uzun bir aradan sonra Meqan ərinin evindən ötrü darıxacağını və İngiltərəyə qayıtmaq istəyəcəyini düşünür”, - deyə daxili mənbələr bildirir.

Qeyd edilir ki, şahzadə Harri nənəsi ilə mümkün olduğu qədər çox vaxt keçirmək istəyir.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru