“Onlar 20 ildə silahlandı, hazırlaşdı, bizimkilərsə talanla məşğul oldu”

16-05-2016, 21:49           
“Onlar 20 ildə silahlandı, hazırlaşdı, bizimkilərsə talanla məşğul oldu”
“Sasun” dəstəsinin komandiri, Sasun Mikayelyan aprelin 17-də Hrazdan meri vəzifəsinə seçkidə mer Aram Danielyana məğlub olduqdan sonra 40 döyüş yoldaşı ilə birlikdə Qarabağa gedib və bu günədək geri qayıtmayıb. Mikayelyanın döyüş yoldaşı, Arşavir Bozinyan deyir ki, o, öz komandiri ilə daim əlaqə saxlayır və Mikayelyanın hazırda Talış və Leninavan yaxınlığında xidmət etdiyindən xəbərdardır.

Arşavir Bozinyan aprel hadisələrindən sonra gəldiyi qənaəti də açıqlayıb: “Azərbaycan kəşfiyyatı yaxşı çalışıb. 20 il ərzində düşmən silahlanıb, hazırlaşıb, bizimkilər isə talanla məşğul olublar. Azərbaycanın silahlandığı haqda dəfələrlə danışılıb. Atəşkəs olsa da, müharibə başa çatmayıb axı. Odur ki, müharibəyə hər zaman hazır olmaq lazımdır”.

Tərəflər arasında 1994-cü il mayın 12-də bağlanmış atəşkəs müqaviləsi haqda da danışan Arşavir Bozinyan hesab edir ki, o zaman ermənilərin Azərbaycandan Qarabağın müstəqilliyinin tanımasını tələb etməsi üçün yaxşı fürsət yaranmışdı.

Bozunyan apreldə baş vermiş 4 günlük müharibədə erməni tərəfinin 18 postu itirdiyinə dair xəbərlərə də toxunub: “Problem bu postlar deyil. Biz onları lazım gəldikdə geri çəkə bilərik. Uşaqlarımıza yazığınız gəlsin. Bu gün hər postda 4-5 əsgər dayanır. Amma daha çox əsgər dayanmalıdır. Ötən illər ərzində ölkədən çox sayda insan gedib, doğuş sayı azalıb. Üstəlik bizim müharibə aparmaq üçün kifayət qədər texnikamız da yoxdur. Halbuki, müqavimət göstərməyə hazır olmalıyıq. Bir sözlə, əvvəl ordu güclənməli, dövlət bundan sonra danışıqlar masası arxasına əyləşməlidir. Əsgər silah haqqında düşünməli deyil. Hərbi təlimlər keçirməlidir ki, insanlar müharibəyə kor-koranə getməsin. Onlar yeni silahlardan məlumatlı olmalıdırlar. Biz əsgərin həyatını qiymətləndirməliyik”./wordmedia/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.