Bakıda uşaq bağçasında ANTİSANİTAR vəziyyət - Yataq otaqlarında siçovullar gəzirlər /VİDEO

13-06-2025, 15:28           
Bakıda uşaq bağçasında ANTİSANİTAR vəziyyət -
Bakının Nizami rayonunda yerləşən Şahin Abbasov adına uşaq bağçasında antisanitar vəziyyət hökm sürür.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, bağçada siçovullar masaların üzərində və yataq otaqlarında gəzirlər, uşaqlar isə qorxu içərisindədirlər.

Valideynlər bildiriblər ki, bağçanın əsaslı təmirə ehtiyacı var.

Bağçadakı azyaşlılar da dəfələrlə siçovulları gördüklərini təsdiqləyiblər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, sözügedən uşaq bağçasında infrastrukturun yenilənməsi ilə bağlı aidiyyəti üzrə müraciət olunub. Məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru