ABŞ-dan Səudiyyəyə şok: Layihə qəbul edildi

18-05-2016, 08:32           

ABŞ Senatı 11 Sentyabr hücumlarında həyatını itirənlərin ailələrinin Səudiyyə Ərəbistanına qarşı cinayət işi açmasına imkan verən qanun layihəsini təsdiq edib.

Axar.az xəbər verir ki, ABŞ-Səudiyyə Ərəbistanı arasında diplomatik gərginliyə səbəb olan qanun layihəsi Senatda qəbul edilib.

Demokrat və Respublikaçı senatorlar tərəfindən hazırlanan qanun layihəsi Senatda səsvermədə iştirak edənlər tərəfindən dəstəklənib.

Bu layihə ABŞ məhkəmələrinin Səudiyyə Ərəbistanına qarşı iddia qaldırmasına icazə verir. ABŞ-da 1976-ci ildə qəbul edilən qanun başqa ölkələr haqqında cinayət işi açılmasını əngəlləyir. Ancaq Senatda bu gün qəbul edilən layihə 1976-ci il qanununu arxa plana keçirir.

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama sözügedən qanun layihəsinin qəbul edilməsinə qarşı çıxdığını bəyan etmişdi. Səudiyyə rəhbərliyi qanun layihəsinin tanınacağı halda ABŞ-dakı 750 milyard dollarlıq sərvətini satışa çıxarmaqla təhdid etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.