ABŞ: İran yalan danışır, dronlar Rusiyaya müharibə vaxtı verilib

7-11-2022, 09:12           
ABŞ: İran yalan danışır, dronlar Rusiyaya müharibə vaxtı verilib
“İran Ukraynadakı müharibə dövründə kamikadze dronlarını Rusiyaya təhvil verib”.

Bunu ABŞ Dövlət Departamentinin rəsmisi, ölkənin İran üzrə xüsusi nümayəndəsi Robert Melli deyib.

“Onlar (İran – red.) təkcə bu yay Rusiyaya onlarla dron göndəriblər. Ukraynanın işğal olunmuş ərazilərində Rusiyaya dronlardan Ukrayna vətəndaşlarına qarşı istifadə etməkdə kömək edən İranın hərbi mütəxəssisləri var” – deyə, o bildirib.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiyanı dronlarla təchiz etdiyini etiraf edib, ancaq israr edib ki, transfer Moskvanın Ukraynaya qarşı müharibəsindən öncə baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru