Ukrayna səfiri İsrail XİN-ə çağrıldı

16-11-2022, 08:58           
Ukrayna səfiri İsrail XİN-ə çağrıldı
Ukraynanın Tel-Əvivdəki səfiri Yevgeni Korniçuk İsrail Xarici İşlər Nazirliyinə çağrılıb.

Publika.az xəbər verir ki, buna səbəb Birləşmiş Millətlər Təşkilatının sonuncu toplantısında Fələstinin "işğal və onun hüquqi nəticələri" ilə bağlı sənədə Ukraynanın "hə" deməsi göstərilir.

Məlumatlara görə, Kiyevin bu addımı Tel-Əvivi möhkəm qəzəbləndirib.

Bildirilib ki, Ukraynanın Fələstinin müzakirəyə çıxardığı və səsə qoyduğu sənədə "hə" deyən 98 ölkədən biri olması İsrail dövlətini hüsrana qərq edib.

Nazirlikdə Korniçukun diqqətinə aşağıdakı fikirlər çatdırılıb:

"İsrail BMT-də qəbul edilən mühüm qərarlarda Kiyev administrasiyasını dəstəkləyib. Böyük humanitar yardımlar göstərib. Buna baxmayaraq, Ukraynanın BMT-dəki son davranışı ortaq dəyərlərə malik dost ölkələr arasındakı münasibətləri əks etdirmir".

Ukrayna mediasının yazdığına görə, öz növbəsində səfir Korniçuk ölkəsinin "ukraynalıların İsrailə girişinin qarşısının alınması" ilə bağlı "qəzəbini" İsrail tərəfinin diqqətinə çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru