ABŞ İsraillə ən irimiqyaslı birgə hərbi təlim keçirir

24-01-2023, 11:28           
ABŞ İsraillə ən irimiqyaslı birgə hərbi təlim keçirir
ABŞ və İsrail yanvarın 23-də tarixdə ən irimiqyaslı birgə hərbi təlimə başlayıblar.

“Juniper Oak” adlanan təlimdə 142 təyyarə və 10 hərbi gəmi iştirak edir. Manevrlər “kosmik və elektron müharibə də daxil olmaqla, bütün müharibə sahələrini” əhatə edəcək.

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib ki, təlimlərdə təxminən 6,5 min ABŞ hərbçisi, həmçinin 1,1 mindən çox İsrail hərbçisi iştirak edəcək.

Nazirliyin nümayəndəsi yeni yaranmaqda olan İsrail hökuməti ilə fikir ayrılıqlarının mümkünlüyünü etiraf etsə də, lakin eyni zamanda İsrailə qeyd-şərtsiz ikitərəfli dəstəyi vurğulayıb.

Mənbə: focus.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru