Rusiya hava hücumundan müdafiə üzrə vahid regional sistemi gücləndirmək üçün Qazaxıstana maddi qarşılıqsız S-300 zenit raket sistemləri verib.
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu Astanada qazaxıstanlı həmkarı İmanqali Tasmaqambetovla görüşü zamanı söyləyib. Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə xüsusi diqqət ayırır. O, Rusiya və Qazaxıstanın prioritetinin ümumi etibarlı müdafiə potensialının yaradılması olduğunu bildirib.