AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Ayoç Axşar” qəzeti məlumat yayıb. yayıb.
Bildirilib ki, mayın 16-da, saat 21:30 radələrində bölük komandiri K Xaçaturyan postda xidmət vaxtı 6 hərbçinin içkili vəziyyətdə olduğunu görüb. Xaçaturyan hadisə barədə batalyon komandirinə məruzə edib.
Daha sonra bölük komandiri ilə 6 hərbçi arasında mübahisə yaşanıb. Sonradan mübahisə davaya çevrilib. Əsgərlər bölük komandirini döyüblər. Nəticədə komandir xəsarət alıb.
Hadisədən sonra altı hərbçi həbs olunub. Onlara qarşı cinayət işi başladılıb.