Rusiyada yaşayan azərbaycanlının nəhəng saxta araq sexi ələ keçdi
8-06-2016, 16:49
Bu günlərdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə idarəsinin əməkdaşları saxta spirtli içkilərin qeyri-qanuni dövriyyəsinin təşkilində əli olan 3 nəfəri saxlayıb.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, tutulanlardan biri Azərbaycan vətəndaşıdır. Digər iki nəfər isə yerli sakin olan qadınlardır.
Gizli sexdə xüsusi xidmət orqanının əməkdaşları tərəfindən spirtlə dolu çənlər, hazır etiketlər, 30 mindən çox saxta aksiz markası və 7 min ədəd boş şüşə aşkar olunub.
Bundan əlavə, anbar kimi istifadə edilən sahə də var imiş. Saxta içkilərin arasında yüksək qiymət seqmentinə aid markalar da olub.
Satışa hazır saxta 6 min şüşə spirtli içki müsadirə edilib.
Aşkarlanan fakt üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işinin qaldırılması üzrə prosedur başlanıb.