Putin ilkə imza atdı: "Türkiyəni dəstəkləyirik"

9-06-2016, 09:46           

Rusiya Prezidenti Vladimir Putin Türkiyə-İsrail münasibətlərinə ilk dəfə mövqeyini ortaya qoyub.

Axar.az xəbər verir ki, Türkiyə-İsrail münasibətlərindən danışan Putin iki ölkə arasındakı əlaqələrin düzəlməsini dəstəklədiklərini, aparılan danışıqları müsbət qiymətləndirdiklərini bildirib.

Qeyd edək ki, Türkiyə-İsrail münasibətləri "Mavi Mərmərə" olayına görə kəskin pisləşmiş, uzun müddət Tel-Əviv tərəfi münasibətlərin düzəlməsi üçün cəhdlər etsə də, bir nəticə əldə edilməmişdi.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə az öncə İsraillə münasibətlərin normallaşması üçün aparılan danışıqların sona yaxınlaşdığını açıqlamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.