“Ailəmə bir türk ailəsi desəm, çox şişirtmiş olmaram” - Putinin mətbuat katibinin qızı

9-06-2016, 12:51           

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı yenidən Türkiyə barədə açıqlamaları ilə gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, 18 yaşlı Yelizaveta Peskova iki ölkə arasında münasibətlərin korlanması, atası və babası haqqında Türkiyənin “Hüriyyət” qəzetinə açıqlama verib.
Liza iki ölkə arasında təyyarə gərginliyindən sonra ən çox sadə xalqın ziyan çəkdiyini deyib.
“Mənim pasportumda doğulduğum yer Ankarayazır. Türkiyə də azı Rusiya qədər mənim vətənim sayılır. Son hadisələr də mənim fikrimi dəyişməyib. Həm Türkiyə, həm də Rusiyada insanların son hadisələrdən zərər çəkməsi məni bir dost olaraq çox kədərləndirir”.

Liza Moskvadakı evlərindən də danışıb. O deyib ki, Rusiya paytaxtındakı evləri kiçik Türkiyəni xatırladır. “Atam Dmitri də, babam Vladimir də türkşünasdırlar. Mən atam Türkiyə səfirliyində çalışarkən Ankarada dünyaya gəlmişəm. Ailəmə bir türk ailəsi desəm, yəqin ki, çox şişirtmiş olmaram”.
Kremlin sözçüsünün qızı türk heyranıdır. Ən çox sevdiyi roman isə Rəşad Nuri Güntəkinin “Çalı Quşu” əsəridir. O həmçinin Tarkan, Ayla Çelik, Mustafa Ceceli heyranı olduğunu da gizlətməyib.
Türkiyə ilə Rusiya arasında münasibətlər ötən ilin noyabr ayında Suriya ilə sərhəddə “Su 24″ təyyarəsinin vurulmasından sonra korlanıb. Türkiyə Rusiya təyyarəsinin hava sərhədini pozduğunu və xəbərdarlıqlara məhəl qoymadığını deyib. Rusiya tərəfi isə bu iddialarla razılaşmır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.