ABŞ-da şirkət rəhbəri ailə üzvləri ilə birlikdə qətlə yetirilib
16-05-2015, 08:06
ABŞ-ın paytaxtı Vaşinqtonda iri inşaat şirkətinin rəhbəri ailə üzvləri ilə birlikdə qətlə yetirilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qətlin motivi hələlik bəlli deyil.
“American Iron Works” şirkətinin başçısı 46 yaşlı Savvas Savopulos, onun həyat yoldaşı Emi Savopulos, 10 yaşlı oğlu Filipin və 57 yaşlı qadın qulluqçunun meyitləri yaşadıqları evdə aşkarlanıb. Qətldən sonra ev yandırılıb.
Ailənin yaşadığı villa Vaşinqtonun şimal-qərb hissəsində, vitse-prezident Cozef Baydenin iqamətgahı yaxınlığında yerləşir.
Polisin məlumatına əsasən, ailəyə məxsus “Porsche” markalı avtomobil yandırılmış vəziyyətdə Merilend ştatında aşkarlanıb.
Bildirilir ki, “American Iron Works” şirkəti inşaat materiallarının istehsalı və tikinti- montaj işləri ilə məşğuldur.