Ermənistanda hərbi hissələr belə talanır - FOTO

10-06-2016, 13:01           
Ermənistanda hərbi hissələr belə talanır - FOTO
Ermənistanda hərbi qulluqçular üçün hazırlanmış hazır qidalar İrəvanın mərkəzindən kənar inzibati rayonların ərazisindəki mağazalarda mülki əhaliyə satılır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi əldə edib.

Ermənistan mətbuatında yer alan xəbərlərə görə, İrəvanda müstəqil Antikorrupsiya Birliyinin apardığı yoxlamalar zamanı Erebuni, Nubaraşen və Kanaker - Zeytun inzibati rayonlarının ərazisindəki mağazalarda külli miqdarda Müdafiə Nazirliyinə məxsus və qadağan olunan hazır qidaların satıldığı aşkar olunub. Məhsulların haradan gətirildiyi və kimlər tərəfindən mağazalara paylandığı barədə mağaza sahibləri danışmaqdan imtina ediblər.

Hazır qidaların sözügedən rayonların hərbi hissələrindən daşındığı ehtimal olunur. Müstəqil Antikorrupsiya Birliyi hazırladığı hesabat və şəkilləri Ermənistan Müdafiə Nazirliyinə sorğu üçün göndərsə də, nazirlikdən heç bir cavab almaq mümkün olmayıb.

Qeyd edək ki, bir müddət öncə Ermənistan mətbuatında Müdafiə Nazirliyinə məxsus konservləşdirilmiş qida və hərbi geyimlərin Polşa, Rumıniya və Çexiya mağazalarında satıldığı ortaya çıxmışdı.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.