İŞİD rəhbəri yaralandı

10-06-2016, 16:11           
İŞİD rəhbəri yaralandı
İŞİD terrorist qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadi yaralanıb. ANS PRESS-in məlumatına görə, o, İraq-Suriya sərhədində beynəlxalq koalisiya hava zərbələrinin nəticəsində yaralanıb.

Məlumata görə, terrorçu qruplaşmanın rəbəri ilə bərabər bir sıra qruplaşma komandirləri də yaralı vəziyyətdə qaça biliblər.

Sonuncu dəfə bu ilin mayın 31-də Hərbi Hava Qüvvələrinin raket və bomba zərbələri nəticəsində İŞİD terror qruplaşmasının 7 lideri məhv edilib. Bu barədə İraq Hərbi Komandanlığının məlumat bürosu məlumat yayıb.

Məlumata görə, aviazərbələr terrorçuların Suriya ilə sərhəddəki Ənbar vilayətindəki mövqelərinə endirilib. Öldürülənlər arasında İŞİD-in kəşfiyyat və təhlükəsizlik üzrə başçısı da olub.

Terror qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadinin yaxın köməkçisi, Suriya və İraqda həyata keçirilən əməliyyatlarda iştirak edən hərbi birləşmələrin rəhbərləri, habelə Əfvrat vilayətinin şəriət məhkəməsinin rəhbəri də zərərsizləşdirilənlər arasında olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.