ABŞ gəmilərinin Qara dənizə girməsi Moskvada etiraza səbəb oldu

10-06-2016, 16:12           
ABŞ gəmilərinin Qara dənizə girməsi Moskvada etiraza səbəb oldu
Moskva ABŞ gəmilərinin Qara dənizə girişi ilə əlaqədar cavab tədbirləri hazırlayır. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru Andrey Kelin deyib.

Onun sözlərinə görə, yavaş-yavaş ABŞ gəmiləri Qara dənizə girirlər. "Əlbəttə, bu, bizdə təqdirəlayiq hal kimi qarşılanmır və şübhəsiz, biz buna qarşı cavab tədbirləri görəcəyik".

Diplomat həmçinin ABŞ təyyarədaşıyanın Fars Körfəzindən Aralıq Dənizinə köçürülməsini də şərh edib. Kelinin sözlərinə görə, Amerika gəmilərinin yerdəyişməsində yeni heç nə yoxdur. "Burada yalnız gəmiçilik azadlığı var, dinc keçid hüququ var. Bu da NATO-nun Varşavada keçirdiyi sammit ərəfəsində baş verir və bununla onlar güc nümayiş etdirirlər. Bu hal aramızdakı münasibətlərin gərginləşməsinə səbəb ola bilər".

İyunun 6-da Amerikanın hərbi gəmisi Porter "Аtlantik qətiyyət" əməliyyatı çərçivəsində Qara dənizə NATO-nun birgə təlimlərində iştirak üçün gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.