Ukrayna münaqişəsi genişlənir? - Londondan açıqlama
15-02-2024, 09:08
Ukraynada indi hər kəsin iddia etdiyi münaqişənin genişlənməsi təhlükəsi “illüziyadır”. Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib. O, “The Hill”də dərc olunan məqaləsində “Biz eskalasiya təhlükəsinin illüziya olduğunu sübut etdik”deyə qeyd edib. Kemeron xatırladıb ki, Britaniya Kiyevi “tank əleyhinə silahlardan tutmuş artilleriyaya qədər” bütün növ silahlarla təmin edən ilk ölkə olub. Bundan başqa, Britaniya Ukraynaya uzaqmənzilli “Storm Shadow” raketləri göndərib. Kemeron Britaniyanın müttəfiqlərini Rusiyaya müqavimət göstərməyi davam etdirməyə çağırıb. mənbə:MK