"NATO daxilində ziddiyyətlər artır" - ABŞ rəsmisi

16-02-2024, 16:18           
"NATO daxilində ziddiyyətlər artır" - ABŞ rəsmisi
NATO daxilində ziddiyyətlər artır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Daniel İsaak deyib.

Onun sözlərinə görə, buna səbəb dünyada artan gərginliklərdir: “Planetdəki münaqişələr artır. Buna görə də NATO üzvləri arasında fikir ayrılıqları hökm sürür. Buna baxmayaraq, Ukraynanın Alyansa daxil olması ilə bağlı yekdil fikrimiz var. Hazırda prioritetimiz Ukraynaya dəstək verməkdir”.

D.İsaak həmçinin söyləyib ki, rəsmi Kiyevin Alyansa üzvlüyü hələ ki müzakirə mövzusu deyil: “Biz bilirik ki, Ukrayna mümkün qədər tez NATO üzvü olmaq istəyir. Amma bu, Alyansın builki sammitində gözlənilmir. Bu, yəqin ki, müharibə başa çatandan sonra olacaq”.

Bu arada, ABŞ-nin məşhur “Politico” nəşri daha əvvəl yazmışdı ki, Alyansın dağılması an məsələsidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru