Lukaşenko: “Rusiya torpaqlarını Belarusa birləşdirmək istəyirlər”

16-02-2024, 17:55           
Lukaşenko: “Rusiya torpaqlarını Belarusa birləşdirmək istəyirlər”
“Müxalifət Ukraynada müharibənin uğursuz başa çatacağı təqdirdə Rusiyanın qərb ərazilərinin respublikaya birləşdirilməsi ilə bağlı danışıqlar aparır. Belarus müxalifəti bu məqsədlə Qərb siyasi dairələri ilə intensiv təmasdadır”.

KONKRET.az xəbər verir ki, bu barədə sensasion açıqlamanı Belarus prezidenti Aleksandr Lukaşenko edib.

“Bu gün Qərbdə hamı bunu istəyir. Bizim Avropadakı mühacirlər isə Rusiyanın Ukraynada məğlubiyyətini fürsət kimi dəyərləndirirlər”, – deyə o bildirib.

Lukaşenko eyni zamanda xaricdəki müxalifətlə Qərbdəki ayrı-ayrı şəxslər arasında aparılan danışıqlardan bir parçaya istinad edib:

“Polşanın Belarusun qərb torpaqları üzərində hüququ var. Rusiyanın məğlub olacağı təqdirdə Belarus Rusiya torpaqları hesabına böyüyəcək. Smolensk, Bryansk, bəlkə də Pskov vilayətlərindən söhbət gedir”, – deyə dövlət başçısı bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru