ABŞ İsrailə qorxunc silahlar göndərməyə hazırlaşır

17-02-2024, 16:18           
ABŞ İsrailə qorxunc silahlar göndərməyə hazırlaşır
ABŞ Prezidenti Cozef Bayden administrasiyası İsrailə on milyonlarla dollarlıq silah-sursat göndərməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, Ağ ev Qəzza zolağında atəşin kəsilməsində israr etdiyi halda İsrailə 1000 “MK-82” bombası, “KMU-572” yüksək dəqiqlikli istiqamətləndirici komplektləri, “KMU-572” bombaları üçün partlayıcılar tədarük etməyi planlaşdırır.

Məlumata görə, ABŞ administrasiyası, Dövlət Departamenti və Pentaqon informasiyanı şərh etməkdən imtina ediblər. Bu qurumlar İsrail Müdafiə Nazirliyi və Baş Nazirlik dəftərxanasının şərhinə dair sorğuya cavab verməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru