Prezidentdən əmr: - ordu tam döyüş hazırlığına gətirildi

11-08-2016, 19:13           
Prezidentdən əmr: - ordu tam döyüş hazırlığına gətirildi
Ukrayna prezidenti Krımla sərhəddə və Donbasla bütün təmas xəttindəki orduların tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi haqqında əmr verib.

Axar.az xəbər verir ki, bu haqda məlumat Ukrayna Prezidenti Pyotr Poroşenkonun Tvitter hesabından yayılıb.

Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda terror törədilməsinin qarşısını aldığını bəyan edib. FTX bu terroru ukraynalı diversantların törətdiyini bildirib. Rusiya Prezidenti Vladimir Putin isə Ukraynanı terrorizmdə günahlandırıb.

Ukrayna bu ittihamların heç birini qəbul etməyib. Bəzi ukraynalı siyasətçilər bunu FTX-nın provokasiyası adlandırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru