"Apple" şirkəti "İPhone"u sındıran hakerlərə 500 min dollar verəcək
11-08-2016, 19:18
Ötən həftə "Apple" şirkəti təhlükəsizlik sistemində nöqsanların axtarışı proqramını işə salıb. Nəhəng şirkət öz təhlükəsizlik sistemində nöqsanları tapan şəxslərə 200 min dollar dəyərində pul mükafatı vəd edib. Lakin özəl "Exodus Intelligence" şirkəti isə İOS 9.3 proqramında nöqsan tapan hakerlərə 500 min dollara kimi pul ödəyəcəyini deyib.
FaktXəbər-in məluamtına görə, bu barədə, "The Verge" agentliyi yazıb.
Məlumatda bildirilir ki, "İPhone"dən əlavə, şirkət rəhbərliyi Google Chrome 150 min, Microsoft Edge 125 min və Firefox brazuzerində nöqsan tapan hakerlərə 70 min dollar ödəcəyinə söz verib.
Qeyd edək ki, bu tipli kampaniyalara şirkət tarixində ilk dəfə start verib.