ABŞ "Sülh Sammiti"nə onları göndərir

4-06-2024, 11:14           
ABŞ "Sülh Sammiti"nə onları göndərir
ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukraynanın təşkilatçılığı ilə İsveçrədə keçiriləcək "Sülh Sammiti"ndə iştirak edəcək

Bu barədə Ağ Evdən bildirilib.

"Vitse-prezident Bayden-Harris Administrasiyasının Ukraynanın suverenliyi, ərazi bütövlüyü və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar edilməsi üzrə səylərini dəstəkləmək öhdəliyini vurğulayacaq", - Ağ Evin açıqlamasında bildirib.

Sammitdə milli təhlükəsizlik müşaviri Ceyk Sullivan da iştirak edəcək

Qeyd edək ki, 106 ölkə sammitdə iştirakını təsdiqləyib. Bir sıra dövlətlər sammitdə iştirakdan rəsmən imtina ediblər. Çin, Braziliya və Cənubi Afrika sammitdə iştirak etməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru