ABŞ Rusiyaya qarşı niyə sərt sanksiyalar tətbiq etmir? - Rubio açıqladı

Bu gün, 00:12           
ABŞ Rusiyaya qarşı niyə sərt sanksiyalar tətbiq etmir? -
ABŞ dövlət katibi Marko Rubio Donald Tramp administrasiyasının hələ Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməməsinin səbəbini izah edib.

"NBC News"-a açıqlamasında Rubio bildirib ki, bu addım Vaşinqtonun Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu zəiflədə bilər.

“Əgər biz sərt sanksiyalar və digər tədbirlər tətbiq etməyə başlasaq, sülhün əldə olunması üçün vasitəçi kimi çıxış etmək imkanımız zəifləyəcək”, – deyə dövlət katibi vurğulayıb.

Rubio istisna etməyib ki, ABŞ gələcəkdə Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edə bilər. Onun sözləri Avropada baş verən son Rusiya təxribatlarının fonunda səslənib.

ABŞ dövlət katibi həmçinin Avropa ölkələrini Rusiyadan neft və qaz almaqda davam etdiklərinə görə kəskin tənqid edib və bunu “absurd qərar” adlandırıb.

O, müttəfiqləri Moskvaya qarşı təzyiqi gücləndirməyə çağırıb:“Bəzi ölkələr ABŞ-dan əlavə sanksiyalar tələb edir, amma Avropada elə dövlətlər var ki, kifayət qədər addım atmırlar. Məncə, onların daha çox iş görməsi lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru