Hədəf İsrail üzərindən Azərbaycan-Türkiyə qardaşlığıdır - Tənzilə Rüstəmxanlı yazır

Bu gün, 00:01           
Hədəf İsrail üzərindən Azərbaycan-Türkiyə qardaşlığıdır - Tənzilə Rüstəmxanlı yazır
Son günlər bəzi qüvvələr tərəfindən İsrail və İran arasında hazırda yaşanan gərginlik bəhanə edilərək, Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığı hədəf alınıb. Bu yazıların müəllifləri – bəzən köşə yazarları, bəzən özünü ekspert kimi təqdim edən şəxslər Azərbaycan ilə İsrail arasındakı münasibətləri birtərəfli və emosional şəkildə təhlil adı altında təhrif edir, hadisələri tarixi və geosiyasi reallıqlardan uzaqlaşdırmağa çalışırlar.
Əslində səslənən fikirlər, irəli sürülən arqumentlərin əsassızlığı məsələnin siyasi təhlildən daha çox iki qardaş ölkə arasında təxribat layihəsi olduğu görünür. Məlum olduğu kimi, Türkiyə Qəzza məsələsində xüsusi həssaslığı ilə seçilir və Fələstini açıq şəkildə dəstəklədiyini ifadə edir. Təbii ki, bu cür mövqe tutmaqda Türkiyənin obyektiv və subyektiv səbəbləri var.
Lakin təəssüflər olsun ki, qardaş ölkədə bəzi media resursları və jurnalistlər Qəzza böhranını kontekstindən çıxararaq, reallıqdan uzaq ittihamlar irəli sürürlər. Xüsusilə də, Azərbaycana qarşı səsləndirilən bir çox haqsız iddialar dərin narahatlıq doğurur.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru