2 vəzifəsi olan Anar Əliyevə 3-cü vəzifənidə verdilər - Bahar Enerji Əməliyyat Şirkətinə Conun yerinə Anar Əliyev təyin olunub
Bu gün, 00:03
Bahar Enerji Əməliyyat Şirkətində rəhbər dəyişikliyi baş verib. Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı öz səhifəsində yazıb. Mirvari Qəhrəmanlı yazır: "İşçilərdən biri sevinclə yazdı ki, şirkətin rəhbəri dəyişilib. Conun yerinə Anar Əliyev təyin olunub və o söz verib ki, işçilərin əmək haqqılarını vaxtlı-vaxtında verəcək... həm də artıracaq. Qeyd edim ki, cənab Anar Əliyev 2023-cü ildən SOCAR -da iki-üç vəzifə tutmaqla (?) fəaliyyətə başlayib: Ümid... Babək... ƏŞ-lərində direktor müavini olmaqla yanaşı, vitse prezident Babək Hüseynovun müavini (deyilənə görə həm də yaxın qohumu), həm də "Neftqazelmitəhqiqatlayihə"nin nəzdində fəaliyyət göstərən NİPİ MMC qeyri rəsmi rəhbərlik edirdi. Sonradan, NİPİ MMC-nin bazasında SOCAR PROJECT AND ENGINEERING Center (SOCAR layihə və Mühəndislik Mərkəzi) yaradıldı və Anar Əliyev ora rəhbər təyin olundu. Deməli, bu halda, cənab Anar Əliyev üçuncu vəzifəni də tutmuş olur..." TEREF