BMT-nin böyük potensialı var, lakin təşkilat münaqişələrin həllində fəaliyyətsizdir. Bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli həftəsində çıxışında deyib.
"Mən milyonlarla insanın həyatını xilas etmək və müharibələrə son qoymaq üçün çox məşğul idim. Amma sonradan anladım ki, BMT bizə kömək etmir. Əgər bu belədirsə, onda BMT-nin nə mənası var?", - deyə Ağ Ev rəhbəri bildirib.