Ərzaq təhlükəsizliyi Rusiya və bütün Aİİ ölkələri üçün əhəmiyyətlidir - Mişustin

4-06-2024, 15:14           
Ərzaq təhlükəsizliyi Rusiya və bütün Aİİ ölkələri üçün əhəmiyyətlidir - Mişustin
Mişustin qeyd edib ki, bunun üçün əlaqəli sahələr, o cümlədən öz kənd təsərrüfatı texnikası və gübrə istehsalı, yeyinti, emal və kimya sənayesi inkişaf etdirilməlidir.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi vəzifəsi Rusiya və bütün Aİİ ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
"Şübhəsiz ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi vəzifəsi Rusiya və Avrasiya İqtisadi İttifaqının bütün dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir. Vətəndaşların yüksək keyfiyyətli, sağlam və təbii ki, müxtəlif çeşidli ərzaq məhsulları əldə etməsi vacibdir", - Baş nazir deyib.
Mişustin qeyd edib ki, bunun üçün əlaqəli sahələr, o cümlədən öz kənd təsərrüfatı texnikası və gübrə istehsalı, yeyinti, emal və kimya sənayesi inkişaf etdirilməlidir.
"Həmçinin, yanacaq, gübrə, taxıl və digər ərzaq məhsulları üçün etibarlı logistika və tədarük zəncirləri qurmaq lazımdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.