İsrail ABŞ-la dəyəri 3 milyarda yaxın olan 25 ədəd F-35 almaq üçün müqavilə imzalayıb

5-06-2024, 11:34           
İsrail ABŞ-la dəyəri 3 milyarda yaxın olan 25 ədəd F-35 almaq üçün müqavilə imzalayıb
İsrailin ABŞ-dan 25 ədəd F-35 qırıcısı alması üçün müqavilə imzalandığı bildirilib.

İsrail Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin ABŞ-dan 25 ədəd F-35 alacağı bildirilib.

Bildirilib ki, F-35-lərin Təl-Əviv rəhbərliyinə satışı ilə bağlı müqavilə tərəflər tərəfindən imzalanıb.

Müqavilə çərçivəsində 2028-ci ildə İsrailə təyyarələrin çatdırılmasına başlanacağı və hər il 3 və ya 5 təyyarənin gətiriləcəyi qeyd edilib.

Pul ABŞ-ın hərbi yardımından ödəniləcək.
İsrailin alacağı F-35-lərin pulu olan təxminən 3 milyard dolların ABŞ-ın Təl-Əvivə verdiyi hərbi yardımla qarşılanacağı bildirilib.

Bu razılaşmadan əvvəl Təl-Əviv rəhbərliyi ABŞ-dan 50 ədəd F-35 sifariş etmişdi. Bu günə qədər bu təyyarələrdən 36-sı İsrailə çatdırılıb.

ABŞ administrasiyası 1999-cu ildən bəri hər il İsrailə hərbi yardım edir. 1999-cu ildə 2,7 milyard dollar olan bu hərbi yardım 2019-cu ildə 3,8 milyard dollara yüksəldilib.

Bundan əlavə, Vaşinqton administrasiyası aprel ayında İsrailə əlavə 26 milyard yardım paketini də təsdiqləyib.

Oktyabrın 7-dən təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağına hücumlarını davam etdirən İsrailin ən böyük silah dəstəkçisi kimi ABŞ önə çıxır.

Qəzzada qətliam törədən İsrailin bu hücumların əksəriyyətində ABŞ bombalarından istifadə etdiyi məlumdur./AA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.