NATO təlimlərində iştirak etmək üçün hərbi gəmi Litvaya gedəcək

5-06-2024, 12:08           
NATO təlimlərində iştirak etmək üçün hərbi gəmi Litvaya gedəcək
NATO ölkələrindən olan 4 minə yaxın hərbi qulluqçu 50-dən çox döyüş gəmisi ilə Litvaya gedəcək.

Bu barədə jurnalistlərə Litva Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Gedrius Premeneçkas bildirib.

Məqsəd Baltik dənizində ən böyük hərbi dəniz təlimi olan “Baltops 2024”də iştirak etməkdir.

“Təxminən 30 gəmi Klaypeda dövlət limanında lövbər salacaq, daha bir neçə gəmi isə onlara tapşırılan vəzifələrdən asılı olaraq limandan kənarda qalacaq”, - o deyib.

Admiralın sözlərinə görə, 21 ölkənin donanmasını təmsil edən gəmilərdən əlavə, təlimlərə 45 hərbi təyyarə də cəlb olunub. O bildirib ki, bu, Baltik dənizində keçirilən hərbi təlimlər tarixində ən böyük hərbi manevrlərdir. Təlimlər iyunun 22-dək davam edəcək.

“Baltops-2024”ün əsas məqsədləri NATO tərəfdaşlarının taktiki və əməliyyat səviyyələrində strateji qarşılıqlı fəaliyyətini nümayiş etdirmək və böhran vəziyyətində birgə hərəkətləri təcrübədən keçirməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.