Çinin Ukrayna ilə bağlı təşəbbüsünü 20-dən çox ölkə dəstəkləyib

5-06-2024, 12:34           
Çinin Ukrayna ilə bağlı təşəbbüsünü 20-dən çox ölkə dəstəkləyib
Dünyanın 20-dən çox ölkəsi Çinin Ukrayna münaqişəsinin həlli planını dəstəkləyir.

APA “Bloomberg“ə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq İ bildirib.

Diplomatın bildirdiyinə görə, həm Rusiya, həm də Ukrayna münaqişənin siyasi həlli prinsiplərinin “məzmununun əksəriyyətini” ayrı-ayrılıqda təsdiqləyiblər.

Sənəd, həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan beynəlxalq konfransın çağırılmasını nəzərdə tutur. Bu, plan “Kiyev sülh planına” alternativ olmalıdır.

Van İnin sözlərinə görə, ümumilikdə 45 ölkə təklif olunan ideyalara müsbət yanaşır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru