Rumıniyada prezident seçkisi: İlk turda rusiyapərəst namizəd qalib gəldi

Bu gün, 00:15           
Rumıniyada prezident seçkisi: İlk turda rusiyapərəst namizəd qalib gəldi
Rumıniyada prezident seçkisinin birinci turunda müstəqil namizəd Kelin Corcesku qalib gəlib.

Bu məlumatlar bülletenlərin 100%-i emal edildikdən sonra ölkənin Daimi Seçki Administrasiyasının internet saytında yerləşdirilib.

Corcesku 22.94% səs toplayıb. İkinci yerdə 19.18% səs qazanan sağ mərkəzçi Rumıniyanın Qurtuluşu İttifaqı Partiyasının lideri Yelena Laskoni qərarlaşıb. Sosial Demokrat Partiyasının sədri, Baş nazir Marsel Çiolaku 19.15% səslə üçüncü yerdədir.

Namizədlərdən heç biri, mütləq qələbə üçün lazım olan 50%+1 səs toplaya bilməyiblər. Beləliklə də, Corcesku və Laskoninin iştirakı ilə seçkinin ikinci turu dekabrın 8-də keçiriləcək.

Qeyd edək ki, "Rumıniya Trampı" adlandırılan 62 yaşlı Kelin Corcesku ölkənin NATO-da iştirakından ehtiyatlanır və Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.